Rusiya ordusu Ukraynanın Sumı vilayətində sərnişin qatarını atəşə tutub
Şostkada dəmir yolu vağzalına endirilən zərbə nəticəsində hospitalizasiya olunan səkkiz nəfərdən birinin vəziyyəti ağırdır və o, reanimasiyaya yerləşdirilib. Şəffaflıq.az "İnterfaks-Ukrayna"ya istinadən verdiyi xəbərə əsasən, Sumı hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov yaralananlar arasında üç uşağın da – 8, 11 və 14 yaş - olduğunu deyib. O qeyd edib ki, Şostka şəhəri və rayonun bir hissəsi işıqsız qalıb.
Xəbəri paylaş
Facebook-da paylaş
