Türkiyə HƏMAS-ın ABŞ Prezidenti Donald Trampın sülh planına verdiyi cavabı alqışlayıb.


Türkiyə HƏMAS-ın ABŞ Prezidenti Donald Trampın sülh planına verdiyi cavabı alqışlayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Sultanbəyli Kütləvi Açılış və Təməlqoyma mərasimində danışıb.

O qeyd edib ki, Qəzzada iki ildir davam edən savaşa son qoyulması üçün səylə çalışılır:

"Biz bütün imkanlarımızı səfərbər etmişik. Dünən Donald Trampla danışığımızın əsas mövzusu Qəzza idi. HƏMAS-ın Trampın sülh planına verdiyi cavabı alqışlayırıq. Hər iki tərəf məsuliyyətli şəkildə vəzifələrini yerinə yetirsə, bu savaş bitə bilər. Türkiyə öhdəsinə düşəni etməyə hazırdır".

Ərdoğan məlumat verib ki, "Qlobal Sumud Donanması"nın ümid səyahətçiləri də Türkiyəyə gətirilir:

"Təkcə Türkiyədən gedənlər deyil, Malayziya və müxtəlif ölkələrdən də bəzi "Sumud Donanması" sərnişinləri gələn karvanın içərisində öz yerlərini alacaqlar. Düşünürəm ki, bir saatdan sonra İstanbula enmiş olacaqlar".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}