Rusiya Kiyevə zərbə endirib, yaralananlar var
Ukraynanın paytaxtı Kiyevin bir neçə rayonunda elektrik enerjisinn verilişində çətinlik yaşanır. Şəffaflıq.az bu barədə "RBK-Ukraina"ya istinadən xəbər verir. Məlumata görə, Rusiya Kiyevə bir neçə ballistik raket və pilotsuz uçuş aparatı buraxıb. Bundan əvvəl isə şəhərin meri Vitali Kliçko mümkün kəsilmələr barədə məlumat verib. "Paytaxtda işıq və su təchizatında fasilələr ola bilər. Bütün xidmətlər işləyir, vəziyyəti izləyir, reaksiya verməyə hazırdırlar", - deyə o yazıb. Daha sonra mer dəqiqləşdirib ki, Kiyevdə zərbələr nəticəsində beş nəfər xəsarət alıb. "Hazırda paytaxtda beş yaralı var. Tibb işçiləri bir qadını xəstəxanaya yerləşdirib, qalanlarına isə yerində yardım göstərilib", - deyə Kliçko yazıb.
Facebook-da paylaş
