Bakıda vətəndaşlara 28 min manatlıq dələduzluq edilib


Bakının Nəsimi və Nizami rayonlarında dələduzluq edən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi və Nizami rayonları ərazisində naməlum şəxslər üç nəfər paytaxt sakinini aldadaraq ümumilikdə 28 min 350 manatlarını ələ keçirib.

Vətəndaşların polisə müraciətləri əsasında keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Yadullayev, 38 yaşlı R.Musayev və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı N.Vəliyeva müəyyən olunaraq saxlanılıblar.

Hər üç faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}