Sumqayıtda silah-sursat aşkarlanıb


Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 39-cu kilometrliyində - yolun Sumqayıt şəhərindən keçən hissəsində yerləşən qəbiristanlıq ərazisində odlu silah və sursat aşkarlanıb.

Şəffaflıq.az-ın məlumatına görə, ərazidə keçirilən baxış zamanı 1964-cü il buraxılışlı 7,62 çaplı "AKM" markalı "Kalaşnikov" avtomatı, həmin silaha məxsus 1 ədəd daraq və 30 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}