Əsas Səhifə > Hadisə > Sumqayıtda silah-sursat aşkarlanıb
Sumqayıtda silah-sursat aşkarlanıb10-10-2025, 09:26 |
|
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 39-cu kilometrliyində - yolun Sumqayıt şəhərindən keçən hissəsində yerləşən qəbiristanlıq ərazisində odlu silah və sursat aşkarlanıb. Şəffaflıq.az-ın məlumatına görə, ərazidə keçirilən baxış zamanı 1964-cü il buraxılışlı 7,62 çaplı "AKM" markalı "Kalaşnikov" avtomatı, həmin silaha məxsus 1 ədəd daraq və 30 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |