Rusiyanın Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
Ukraynanın Lvov şəhərinə Rusiya Silahlı Qüvvələrinin (SQ) hücumları nəticəsində 4 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələri 5 saatdan çox müddət ərzində bölgəyə zərbələr endirib. Bir sıra obyektlərə, o cümlədən yaşayış binalarına ziyan dəyib. Xilasedicilər, tibb işçiləri, polis və fövqəladə hallar xidmətləri zərərçəkənlərə yardım göstərmək üçün hadisə yerində fasiləsiz işləyir.
Xəbəri paylaş
Facebook-da paylaş
