Bir sıra ölkələrdən Azərbaycana idxala məhdudiyyət qoyulub
Bir sıra ölkələrdə müxtəlif xəstəliklər aşkarlanıb və Azərbaycana malların idxalına məhdudiyyət qoyulub. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Böyük Britaniya və Şimali İrlandiyanın Uelsin Pouis, Monmutşir bölgələrində blutanq xəstəliyi, İspaniyanın Kataloniya muxtar icmasında nodulyar dermatit xəstəliyi, Almaniyanın Türingiya vilayətində, İranın Ərdəbil əyalətində, Bolqarıstanın Haskovo vilayətində, Danimarkanın Cənubi Danimarka regionunda, Niderlandın Drente əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub. Şəffaflıq.az
Facebook-da paylaş
