Ağdamda evdəki yanğında xəsarət alan qadın Bakıda xəstəxanada ölüb


Ağdam rayonunda ötən həftə baş verən yanğın zamanı xəsarət alan qadın Bakıda müalicə olunduğu xəstəxanada ölüb.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 1-də Ağdam rayonu Quzanlı qəsəbəsində fərdi yaşayış evinin yanması nəticəsində xəsarət alan 1965-ci il təvəllüdlü İsmayılova Zibeydə Qənimət qızı və nəvəsi, 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı Bakı şəhəri 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilmişdi.

Həkimlərin səyinə baxmayaraq, Z.İsmayılova müalicə olunduğu xəstəxanada ölüb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}