Əsas Səhifə > Hadisə > Ağdamda evdəki yanğında xəsarət alan qadın Bakıda xəstəxanada ölüb
Ağdamda evdəki yanğında xəsarət alan qadın Bakıda xəstəxanada ölübBu gün, 10:57 |
Ağdam rayonunda ötən həftə baş verən yanğın zamanı xəsarət alan qadın Bakıda müalicə olunduğu xəstəxanada ölüb. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 1-də Ağdam rayonu Quzanlı qəsəbəsində fərdi yaşayış evinin yanması nəticəsində xəsarət alan 1965-ci il təvəllüdlü İsmayılova Zibeydə Qənimət qızı və nəvəsi, 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı Bakı şəhəri 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq, Z.İsmayılova müalicə olunduğu xəstəxanada ölüb. Geri qayıt |