Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul edəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 11-də Salyan şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 10:00-dan başlayacaq görüşdə Salyan və Neftçala rayonları sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 10 oktyabr 2025-ci il tarixdə nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
