Zakir Qaralov Şamaxıda 6 rayonun sakinləri ilə görüşəcək

    
 
Baş prokuror Zakir Qaralovun növbəti dəfə vətəndaşları qəbul etməsinin vaxtı açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il yanvarın 18-də 10:00-da Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı , İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək.
 Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq .

 Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şamaxı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

 Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı , Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437 - 28 -79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


    ŞƏFFAFLIQ.AZ 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}