Qida Təhlükəsizliyi Agentliyinin sədri Şamaxıda vətəndaşlarla görüşüb

 
Dekabrın 20-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Şamaxı şəhərində olub. Agentliyin sədri və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər zamanı inşası davam edən Şamaxı Regional Bölməsinin inzibati binası və Regional Sınaq Laboratoriyasına baxış keçirilib.
Q.Təhməzli Heydər Əliyev Mərkəzində Qida Təhlükəsizliyi İnstitutunda işləmək üçün müraciət edən vətəndaşlarla görüşüb. Görüşdə Şamaxı, Ağsu, Göyçay, Kürdəmir və İsmayıllı rayonlarından işləmək üçün müraciət edən müxtəlif ixtisaslar üzrə ali təhsilli vətəndaşlarla fərdi qaydada söhbət aparılıb.
Agentliyin sədri onların müraciət və təkliflərini dinləyərək müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib. Sədr görüş zamanı dövlət başçısının qida təhlükəsizliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamlarının qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün münbit şəraitin yaradılması və şəffaflığın təmin olunması istiqamətində inkişafa təkan verəcəyini vurğulayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}