Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, fevralın 28-də Lənkəran şəhərində, nazirliyin Cənub Regional Mərkəzinin binasında saat 10:00-dan Lənkəran və Astara rayonları sakinlərinin qəbulu keçiriləcək: "Qəbula gələn vətəndaşların qeydiyyatı fevralın 27-də nazirliyin Cənub Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər".
Xəbəri paylaş
Facebook-da paylaş
