Əsas Səhifə > Hadisə > Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul edəcək


Bu gün, 12:30


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 11-də Salyan şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 10:00-dan başlayacaq görüşdə Salyan və Neftçala rayonları sakinlərinin qəbulu keçiriləcək.

Qəbula gələn vətəndaşların qeydiyyatı 10 oktyabr 2025-ci il tarixdə nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Şəffaflıq.az


Geri qayıt