Güclü külək Gəncədə bir neçə ağacı aşırıb
Güclü külək Gəncə şəhərində bəzi fəsadlar törədib. "Report"un Qərb bürosunun məlumatına görə, gecə saatlarından başlayaraq əsən güclü külək nəticəsində şəhər ərazisində bir neçə ağac aşıb, bir neçə ağacın isə iri budaqları sınıb. Aşan ağaclardan biri qaz xəttinin üzərinə düşərək onu sındırıb. Bu səbəbdən, həmin ərazidə qazın verilişi dayandırılıb. Hazırda şəhərdə küləyin sürəti azalıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
