Türkiyə səhəri zəlzələ ilə açdı
Kütahyanın (Türkiyə) Simav rayonunda səhər saat zəlzələ baş verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, zəlzələnin gücü 4.1 bal olub. Yeraltı təkanların 10.4 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Mütəxəssislər bölgədə afterşokların davam edəcəyini bildirirlər.
Xəbəri paylaş
Facebook-da paylaş
