Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb
Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, təbii fəlakət nəricəsində 5385 nəfər yaralanıb. “Bu gecə saat 04:17-də son bir əsrdə yaşadığımız, 1939-cu ildə baş verən Ərzincan zəlzələsindən sonra ən dəhşətli zəlzələni yaşadıq. Zəlzələnin ocağı Kahramanmaraşda 7,7 bal gücündə, yerin 7 kilometr dərinliyində baş verib. Zəlzələnin ağır nəticə verdiyi ərazilərdə dəstəklər davam edir. Əsas diqqətimiz insanların xilas edilməsidir”, - Ərdoğan bildirib. Şəffaflq.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb. F.Oktay bildirib ki, 1 710 bina dağılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Türkiyənin Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 6.98 km dərinlikdə şəhərin Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə 05:26-da baş verib. Məlumata görə, bölgədə təkrar təkanlar davam edir. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinin hadisə yerlərindən canlı yayımı və sosial şəbəkələrdəki paylaşımlardan məlum olub. Ölənlər və yaralananların olması istisna edilmir. Qeyd edək ki, şiddətli yeraltı təkanların Suriyada, Livanda və İsraildə də hiss edildiyi bildirilir. KİV-də Suriyanın şimalında da dağıntıların olması barədə məlumat yer alıb. Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib. Dağıntı və tələfat barədə məlumat verilməyib.
Facebook-da paylaş