Azərbaycan və Gürcüstan PUA sahəsində təcrübə mübadiləsi aparır
Gürcüstan Müdafiə Nazirliyinin nümayəndə heyəti "PUA sahəsində təcrübə mübadiləsi" çərçivəsində Azərbaycana səfər edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə gürcüstanlı qonaqlara Azərbaycan Ordusunda PUA-ların fəaliyyəti, döyüş əməliyyatlarında tətbiqi, döyüş uçuşunun təşkili və PUA-ların inkişaf tendensiyası mövzularında brifinq təqdim olunub. Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb, təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin əhəmiyyəti xüsusi olaraq qeyd edilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
