Əsas Səhifə > HƏRBİ > Azərbaycan və Gürcüstan PUA sahəsində təcrübə mübadiləsi aparır

Azərbaycan və Gürcüstan PUA sahəsində təcrübə mübadiləsi aparır


Bu gün, 11:34


Gürcüstan Müdafiə Nazirliyinin nümayəndə heyəti "PUA sahəsində təcrübə mübadiləsi" çərçivəsində Azərbaycana səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə gürcüstanlı qonaqlara Azərbaycan Ordusunda PUA-ların fəaliyyəti, döyüş əməliyyatlarında tətbiqi, döyüş uçuşunun təşkili və PUA-ların inkişaf tendensiyası mövzularında brifinq təqdim olunub.

Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb, təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin əhəmiyyəti xüsusi olaraq qeyd edilib.

Şəffaflıq.az


Geri qayıt