Azərbaycanda Türkologiya Akademiyası və Türk Müdafiə Alyansının yaradılması təklif edilib
Azərbaycanda Türkologiya Akademiyasının yaradılması təklifi irəli sürülüb. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin oktyabrın 10-da keçirilən plenar iclasında danışıb. Deputat bildirib ki, akademiyanın 2026-cı ildə Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərinin iştirakı və dəstəyi ilə yaradılması mümkündür: "Burada fin-uqor ailəsinə daxil olan bütün xalqların ortaq dilinin inkişafı ilə bağlı mühüm tədqiqatlar aparıla bilər". Sözügedən mövzu ətrafında çıxış edən deputat Vasif Qafarov isə bildirib ki, TDT-nin gələcək inkişafı üçün ortaq müdafiə və təhlükəsizlik sisteminin yaradılması vacibdir: "Bu məqsədlə gələcəkdə "Türk Müdafiə Alyansı"nın formalaşdırılması və vahid hərbi planlaşdırma sisteminin qurulması böyük əhəmiyyət daşıyır. Eyni zamanda, müasir dövrdə artan kibertəhlükələr fonunda "Türk Ortaq Kibermüdafiə Mərkəzi"nin yaradılması informasiya suverenliyinin təmin olunmasına xidmət edəcək". Deputat həmçinin qlobal informasiya məkanında Azərbaycanın səsinin daha ucadan eşidilməsi üçün "Türk Dünyası Media Platforması"nın qurulmasını da vacib hesab edib: "Hesab edirəm ki, bu təşəbbüs Türk dövlətlərinin media sahəsində əməkdaşlığını gücləndirəcək".
Facebook-da paylaş
