07 oktyabr Ümumdünya Layiqli Əmək Günüdür
07 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsinin iş planına əsasən "07 Oktyabr Ümumdünya Layiqli Əmək Günü" münasibətilə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı İncəsənət Təhsili Mərəzində tədbir keçirilmişdir. Bu tədbirdə Əməyin Mühafizəsi Komissiyasının sədri Lətafət Rəsulova çıxış edərək layiqli əməyin mahiyyəti və əhəmiyyəti barədə məlumat verdi. Bundan sonra, İncəsənət Təhsili Mərkəzində Əməyin Mühafizəsi Komissiyasının sədri Məhərrəm Səmədov mövzu ətrafında çıxışlar etdi. Daha sonra Komitə üzvlərini maraqlandıran suallar cavablandırıldı. Şəffaflıq.az
Facebook-da paylaş
