Göyçay rayonunda yaşayış binasında yanğın baş verib.

Göyçayda 18 mənzilli yaşayış binasında yanğın olub
 Şəffaflıq.az APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saat 8:30 radələrində Göyçay şəhərinin Nizami küçəsindəki 22 saylı ünvanda yerləşən 3 bloklu 18 mənzilli yaşayış binasında qeydə alınıb. Binada yaşayan 1947-ci il təvəllüdlü Qoşqarov Tofiq Qulam oğluna məxsus ümumi sahəsi 55 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı evin 15 kvadratmetrlik hissəsi yanıb. Yanğınsöndürənlərin  tez bir zamanda hadisə yerinə gəlməsi və qısa zamanda alovun qarşısını alması nəticəsində evin qalan hissəsi və ümumi yaşayış binası alovdan mühafizə olunub.
Binada yaşayan vətəndaşlar dərhal təxliyyə edilib, hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}