Tehranda yenə sərt məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək

 

Tehranda koronavirusa yoluxanların sayı çoxaldığı üçün yenidən bəzi məhdudiyyətlər tətbiq ediləcək.


Şəffaflıq.az “Fars” agentliyinə istinadən xəbər verir ki, İran səhiyyə nazirinin müavini Möhsün Fərhadi məsələ ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, iyulun 18-dən etibarən məhdudlaşdırıcı tədbirlərin həyat keçirilməsinə başlanılacaq.

Sabahdan Tehranda bütün kütləvi tədbirlər, toplantıların keçirilməsi qadağan olunacaq, idman zalları bağlanacaq, dövlət qurumlarında işləyən məmurların sayı azaldılacaq və s.

Məhdudlaşdırıcı tədbirlərin başqa şəhərlərdə də tətbiqi gözlənilir.

Qeyd edək ki, İranda 13 791 nəfər pandemiyanın qurbanı olub. Ölkə üzrə yoluxma faktlarının ümumi sayı 269 440-a yüksəlib. 3 509 nəfərin ağır vəziyyətdə olduğu, 232 873 nəfərin isə sağaldığı vurğulanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}