Azərbaycan Özbəkistanla bir sıra sahələrdə əməkdaşlığı genişləndirəcək


Azərbaycanla Özbəkistan arasında hasilat, rəqəmsallaşma, turizm, infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin imkanları müzakirə edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir vurğulayıb ki, Özbəkistana işgüzar səfər çərçivəsində bu ölkənin Yenidənqurma və İnkişaf Fondunun direktoru Şuxrat Vafayev ilə ölkələrin birgə həyata keçirdiyi layihələrin perspektivləri, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti, sənaye, sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}