Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıb
Bakının Səbail rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə Şəffaflıq.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən məlumat verib. Bildirilib ki, su kəmərində baş vermiş qəza ilə əlaqədar mayın 2-də Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Agentlik bununla əlaqədar abonentlərdən üzr istəyir.
Xəbəri paylaş
Facebook-da paylaş