İranda koronavirusdan ölənlərin sayı sürətlə artmağa başlayıb

 

İranda koronavirusa yoluxanların sayı yenə artıb.

Şəffaflıq.az IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Açıqlamada ölkədə daha 2 449 nəfərdə koronavirusun aşkarlandığı bildirilib. Bununla da İranda yoluxma faktlarının sayı 189876-ya çatıb.

Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı daha 113 nəfər artaraq 8 950 nəfərə yüksəlib.

2 765 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulanıb.

Bundan başqa, indiyədək 150590 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, İranda iyunun 14-də 107, iyunun 13-də 71 nəfərin öldüyü açıqlanmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}