Bu il 62 xarici tələbə Azərbaycanda təhsil alacaq
2025–2026-cı tədris ili üzrə 62 xarici vətəndaş "Hökumətlərarası Təqaüd Proqramları" (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, onlardan 23-ü Çin, 11-i Qazaxıstan, 4-ü Tacikistan, 4-ü Qırğızıstan, 20 nəfəri isə Somali vətəndaşlarıdır. Bu göstərici ötən illə müqayisədə 32 faiz artım deməkdir. Proqram çərçivəsində əcnəbi tələbələr Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Naxçıvan Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Xəzər Universitetində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alacaqlar. Tədris proqramları humanitar və sosial elmlər, təhsil, tibb, iqtisadiyyat və idarəetmə, təbiət elmləri, texniki və texnoloji ixtisaslar, eləcə də mədəniyyət və incəsənət istiqamətlərini əhatə edəcək. Şəffaflıq.az
Facebook-da paylaş
