Azərbaycan, İran və Rusiya avtomobil daşımaları üzrə xüsusi İşçi qrupu yaradacaq


Azərbaycan, İran və Rusiya arasında gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi İşçi qrupunun yaradılması nəzərdə tutulur.

Şəffaflıq.az xəbər verir ki, bu barədə razılıq üç ölkənin hökumət nümayəndələrinin ötən gün Bakıda keçirilmiş birgə görüşündə əldə olunub.

Tədbirdə həmçinin "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə yük daşımalarının illik həcminin 15 milyon tona çatdırılması üçün tədbirlər görülməsinin və yük axınlarının davamlı artımının təmin edilməsinin vacibliyi vurğulanıb.

Planlaşdırılan tədbirlər üzrə Fəaliyyət Planının 3 ay müddətində hazırlanması üçün də İşçi qrupunun yaradılması razılaşdırılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}