Bakıda avtomobilin vurduğu 57 yaşlı qadın iki gün sonra ölüb
Bakıda avtomobilin vurduğu 57 yaşlı qadın iki gün sonra ölüb. Şəffaflıq.az-ın xəbərinə görə, hadisə paytaxtın Nizami rayon ərazisində qeydə alınıb. 1985-ci il təvəllüdlü Tural Balakişiyevin idarə etdiyi "KiA Sorento" markalı avtomaşınla piyada 1968-ci il təvəllüdlü Nuralışı Gülər Xəlil qızını vurub. Piyada aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadın ötən gün ölüb. Fakla bağlı cinayət işi başlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş
