Almaniyada koronavirusdan ölənlərin sayı 7 500-ü ötdü

 

Almaniyada ötən sutkada 933 nəfərə koronavirus diaqnozu qoyulub.


Şəffaflıq.az xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Bununla da Almaniyada qeydə alınan yoluxma hallarının sayı 170 508-ə yüksəlib.

Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 116 nəfər artaraq 7 533-ə çatıb.

Məlumata görə, ölkədə indiyədək koronavirusdan sağalanların sayı 147 mini ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}