Keniyada bənd dağılıb, 42 nəfər ölüb
Keniyanın mərkəzində bəndin dağılması nəticəsində 40-dan çox adam ölüb. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Nakuru əyalətinin qubernatoru Syuzen Kixika bildirib. “İlkin məlumatlara görə, 42 nəfər ölüb. İtkin düşənlər var, onların axtarışı aparılır”, - o vurğulayıb. Onun sözlərinə görə, bəndin sıradan çıxmasına ikinci aydır davam edən güclü yağışlar səbəb olub.
Xəbəri paylaş
Facebook-da paylaş