Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub.-FOTO
İordaniya Turizm Bürosu tərəfindən təşkil edilmiş bir həftəlik tanışlıq səfərində iştirak etmək üçün hazırda bir qrup Azərbaycan turizm şirkəti nümayəndələri İordaniya Krallığında işgüzar səfərdədir. Şəffaflıq.az-ın məlumatına görə,səfər məqəsədi iki ölkə arasında turizm əlaqələrini inkişaf elətdirmək, qarşılıqlı turistlərin mübadiləsi və yaxın vaxtlarda açılması planlaşdırılan bir başa hava əlaqəsinə töhvə verməkdir. Bu məqəsədlə İordaniyanın paytaxtı Amman şəhərində, Fairmont otelində Azərbaycandan gəlmiş 5 turizm şirkəti ilə İordaniya tərəfindən 20 yerli turizm şirkəti ilə birgə işgüzar (b2b workshop) görüş təşkil edilmişdir.
Xəbəri paylaş
Facebook-da paylaş