Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir


Rusiya Qərb ölkələrindən fərqli olaraq, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsinə çalışır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin kollegiyasının “Cənubi Qafqazda Rusiyanın maraqlarının təşviq edilməsi haqqında” mövzusunda keçirilən iclası ilə bağlı mətbuata açıqlamasında deyilir.

Bəyanatda bildirilir ki, kollektiv Qərb ölkələri Rusiyanı strateji məğlubiyyətə uğratmaq cəhdləri çərçivəsində Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar:

"Qərb Ukraynanın ardınca postsovet məkanının digər hissələrində, o cümlədən Cənubi Qafqazda sabitliyi pozmağa, Rusiyanı bu ölkələrlə birləşdirən müttəfiqlik və tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə, mövcud kollektiv təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini məhv etməyə çalışır. Rusiya çoxəsrlik ümumi tarix, coğrafi yaxınlıq və sıx insani təmaslarla bağlı olduğu regionun bütün dövlətləri ilə qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan münasibətləri inkişaf etdirəcək”, - Rusiya XİN-in bəyanatında vurğulanır.

Sənəddə Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli sazişlər toplusunun tam şəkildə həyata keçirilməsi, o cümlədən Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, regionda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə səylərin davam etdirilməsinin zəruriliyi qeyd edilir.

Həmçinin bölgənin üzləşdiyi problemlərin, ilk növbədə, region liderlərinin öz səyləri ilə, kənar müdaxilələr olmadan həlli naminə “3+3” regional məsləhətçi platformasının potensialından istifadənin vacibliyinə diqqət çəkilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}