Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb


Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, yolu keçən 2001-ci il təvəllüdlü Rzayev Kamran Şücaət oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}