Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyunun pensiyaları ödənilib
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişi yekunlaşıb. Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin iyun ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.
Xəbəri paylaş
Facebook-da paylaş








