Hesablama Palatası Elm və Təhsil Nazirliyində tikinti və təmir xərclərini yoxlayıb


Azərbaycan Hesablama Palatası Elm və Təhsil Nazirliyi, həmçinin onun tabeliyindəki Əsaslı Tikinti və Təchizat İdarəsi üzrə həyata keçirilmiş auditin yekun nəticələrini nəzərdən keçirib.

Şəffaflıq.az xəbər verir ki, bu məsələ Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə təşkil edilən Kollegiya iclasında müzakirəyə çıxarılıb.

İclasda auditor Vüqar İbrahimovun hazırladığı auditor hesabatı dinlənilib və müzakirə olunub.

Aparılmış audit dövlət büdcəsinin "Ümumdövlət xidmətləri" və "Təhsil" bölmələri çərçivəsində təhsil və məktəbəqədər təhsil müəssisələrinin tikili və avadanlıqlarının cari təmiri, qeyri-yaşayış binalarının əsaslı təmiri, eləcə də dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsini əhatə edib.

Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq edilməsi barədə qərar qəbul olunub. Bununla yanaşı, audit gedişində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün audit olunan qurum tərəfindən lazımi tədbirlərin görülməsi tövsiyə edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}