Bakı-Qəbələ-Bakı qatarı Ucarda da dayanacaq
İyulun 4-dən Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarlar Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib. "Hərəkət cədvəli ilə saytımızda və ya "ADY Mobile" tətbiqində tanış ola bilərsiniz", - ADY-dən bildirilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








