Goranboyda avtomobil qəzasında iki nəfər ölüb, xəsarət alanlar var


Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Səmədabad kəndinin ərazisində qeydə alınıb.

"VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Onlar yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Hadisənin səbəbləri araşdırılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}