Rusiyanın Xarkov vilayətinə endirdiyi zərbələr nəticəsində azı beş nəfər həlak olub


Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhərinə Rusiya Silahlı Qüvvələrinin həyata keçirdiyi kombinə edilmiş hücum nəticəsində azı beş nəfər həlak olub, daha üç nəfər isə yaralanıb.

Şəffaflıq.az "RBC-Ukraina"ya istinadən məlumatına görə, bu barədə şəhər meri Qalina Minayeva bildirib.

Məlumata əsasən, raket və dron zərbələrindən sonra 8-ə yaxın çoxmənzilli və 10-dan çox fərdi evə ziyan dəyib.

Xarkov meri İqor Terexov isə məlumat verib ki, şəhərdə 11 dron zərbəsi qeydə alınıb, daha iki PUA isə partlamadan düşüb. Hücumlar nəticəsində 15 nəfər xəsarət alıb, onlardan ikisi uşaqdır.

Hadisə yerlərində fövqəladə hallar xidmətinin əməkdaşları və könüllülər çalışır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}