Ukraynanın Xarkov şəhərinə endirilən zərbə nəticəsində bir nəfər ölüb, yaralılar var - YENİLƏNİB

Rusiya Ordusunun Ukraynanın Xarkov şəhərinin Kiyevski rayonunda evə endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

"Report"un xəbərinə görə, bu barədə Xarkov meri İqor Terexov teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Kiyevski rayonunda iki “Şahid” dronunun zərbəsi qeydə alınıb - biri fərdi evdə, biri isə ali təhsil müəssisəsinin ərazisində.

Eyni zamanda Xarkov vilayətinin Hərbi və Mülki Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, düşmənin pilotsuz təyyarəsinin Kiyev rayonuna endirdiyi zərbə nəticəsində 3 nəfər yaralanıb. Mərkəzə və Osnovyanski rayonuna endirilən zərbələr nəticəsində daha 7 nəfər xəsarət alıb.

07:31

Ukraynanın Xarkov şəhəri hazırda genişmiqyaslı müharibənin bütün dövründə ən güclü hücumu yaşayır.

"Şəffaflıq.az"-un xəbərinə görə, bu barədə Xarkov meri İqor Terexov teleqram kanalında yazıb.

Onun sözlərinə görə, şəhər dronlar tərəfindən kütləvi hücuma məruz qalır.

"Şəhərin mərkəzindəki yaşayış binasında 6-cı mərtəbədən 9-cu mərtəbəyə kimi mənzillər yanır. İlkin məlumata görə, mənzillərdə dağıntılar altında insanlar var. Xarkovda havadan kütləvi birləşmiş hücum bir saatdan çox davam edib. Onlarla partlayış olub. Nəticələrlə bağlı məlumat dəqiqləşdirilir", - mer bildirib.

Terexov qeyd edib ki, bir saat yarım ərzində şəhərdə azı 40 partlayış baş verib. O, həmçinin şəhərin mərkəzində altı nəfərin xəsarət aldığını bildirib. Onlardan biri körpədir.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}