Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Ukraynanın Xarkov şəhərinə endirilən zərbə nəticəsində bir nəfər ölüb, yaralılar var - YENİLƏNİB
Ukraynanın Xarkov şəhərinə endirilən zərbə nəticəsində bir nəfər ölüb, yaralılar var - YENİLƏNİB7-06-2025, 11:55 |
Rusiya Ordusunun Ukraynanın Xarkov şəhərinin Kiyevski rayonunda evə endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb. "Report"un xəbərinə görə, bu barədə Xarkov meri İqor Terexov teleqram kanalında yazıb. Onun sözlərinə görə, Kiyevski rayonunda iki “Şahid” dronunun zərbəsi qeydə alınıb - biri fərdi evdə, biri isə ali təhsil müəssisəsinin ərazisində. Eyni zamanda Xarkov vilayətinin Hərbi və Mülki Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, düşmənin pilotsuz təyyarəsinin Kiyev rayonuna endirdiyi zərbə nəticəsində 3 nəfər yaralanıb. Mərkəzə və Osnovyanski rayonuna endirilən zərbələr nəticəsində daha 7 nəfər xəsarət alıb. 07:31 Ukraynanın Xarkov şəhəri hazırda genişmiqyaslı müharibənin bütün dövründə ən güclü hücumu yaşayır. "Şəffaflıq.az"-un xəbərinə görə, bu barədə Xarkov meri İqor Terexov teleqram kanalında yazıb. Onun sözlərinə görə, şəhər dronlar tərəfindən kütləvi hücuma məruz qalır. "Şəhərin mərkəzindəki yaşayış binasında 6-cı mərtəbədən 9-cu mərtəbəyə kimi mənzillər yanır. İlkin məlumata görə, mənzillərdə dağıntılar altında insanlar var. Xarkovda havadan kütləvi birləşmiş hücum bir saatdan çox davam edib. Onlarla partlayış olub. Nəticələrlə bağlı məlumat dəqiqləşdirilir", - mer bildirib. Terexov qeyd edib ki, bir saat yarım ərzində şəhərdə azı 40 partlayış baş verib. O, həmçinin şəhərin mərkəzində altı nəfərin xəsarət aldığını bildirib. Onlardan biri körpədir. Geri qayıt |