Bakıda nəqliyyatın sıxlığı müşahidə olunan yollar açıqlanıb
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Şəffaflıq.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 3. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 8. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində; 9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 12. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Facebook-da paylaş








