Günün qoroskopu:Axşam saatlarında rahatlanın, sakitləşin, istirahət edin. Heç bir yerə tələsməyin.
Şəffaflıq.azdünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. Qoç - günün ilk saatlarında gərginlik hiss olunur. Əsla gözləmədiyiniz istiqamətdə problemlər yaranaraq çətin situasiya formalaşa bilər. Bütün olayları və baş verənləri nəzarətdə saxlamağa çalışmayın.
Batininizdə dinamik tarazlığa nail olun. Ciddi diqqət tələb edən situasiyaya sürətlə qatılmaq, ani müdaxiləyə başlamaq tələb olunur.
Günün ikinci yarısında görüş, müzakirə, təmir, məşq və səfərləri təxirə salın. Alış-veriş uğurlu olmayacaq.
Optimal variant informasiya aramaq, şəraiti və şərtləri tədqiq etməkdir.
Uşaqlar daim nəzarətdə olmalıdır.
Buğa - çətin, mürəkkəb, emosional baxımdan qarışıq gündür. İndiyədək təxirə saldığınız məsələlərdən biri yenidən gündəmə gələcək. Ağrılı suala cavab vermək, seçim etmək ehtiyacı yaranacaq.
Mənasını itirmiş münasibətlərdən birindən qurtulun. Məntiqsiz asılılıq, zərərli vərdişi də unutmaq gərəkdir.
Belə olarsa, irəliləyiş üçün məkanın saflaşdığını hiss edəcəksiniz. Sizin üçün dəyərli insanlarla ünsiyyət zamanı həssas, diqqətli olun.
Səhhətinizə fikir verin.
Axşam saatlarında yolda, nəqliyyatda ehtiyatlı olun.
Əkizlər - hadisələr və xəbərlərin intensiv olacağı gündür. Məqsəd və iddialarınızı müəyyənləşdirin. Hansısa mövzudan ciddi asılılıq, o məqama bağlılıq hiss olunarsa, emosiyaları nəzarətdə saxlayın.
Fəaliyyətin daha konstruktiv məcrası ilə yolunu seçmək olar.
Günün ikinci yarısında uğurlu dövr yaşanacaq. Yeni təkliflər və ideyalar axını müşahidə olunacaq. Yaxşı düşünün, götür-qoy edin, axırda ən sərfəli variantı seçin.
Əlverişli imkanlardan yararlanaraq yaşam arealınızda qayda yaradın, onu gərəkli təfərrüatlarla zənginləşdirin.
Xərçəng - cari işlərlə məşğul olun, dünən müəyyənləşdirdiyiniz işi yerinə yetirərək başa vurmağa çalışın. Mübahisə etməyin, diskussiyaya qatılmayın. Emosional davranış nevroz durum və informasiya məkanında gərginliklə nəticələnə bilər.
Arzuolunmaz təsirin qarşısını ala bilməsəniz, hadisələrin axarı ciddiləşə bilər.
Yaxın ətrafınızdakı insanlardan fərqli olaraq, psixikanızın müdafiə funksiyalarından bəhrələnin.
Sizin üçün mühüm münasibətlərdə əldə edilmiş mövqeləri və tarazlığı qoruyun.
Özünüzə və yaxın ətrafınızdakı insanlara xoş olan işi yerinə yetirin.
Axşam saatlarında razılıq hissi yarancaq. Maraqlandığınız məsələyə vaxt ayırmağa dəyər.
Şir - aktiv və çevik olun, təcili, təxirsalınmaz işlərlə məşğul olun.
Münasibətləri aydınlaşdırmağa çalışmayın. İfrat səmimilik yalnız zərər vura bilər.
Hadisələrin intensivliyinin artması və prioritetlərin sürətlə dəyişməsi planların yenilənməsinə səbəb olacaq.
Bu gün nədənsə imtina etməli olacaqsınız. Təəssüf, pərişanlıq, hansısa ümiddən əl çəkmək istisna deyil. Bununla belə, paralel olaraq sevindirici hadisə baş verəcək.
Fəaliyyətin maliyyə yönünə xüsusi diqqət verin.
Axşam saatlarında dostlarla birlikdə əylənin.
Qız - sözlərinizdə ehtiyatlı olun. Gərginliyin artdığını, böhranın yaranmağa başladığını hiss etsəniz, situasiyanın sizə əlverişsiz istiqamətdə inkişafına imkan verməyin.
Yoxlanılmamış mənbədən alınan, təsbit edilməmiş informasiyaya inanmağa dəyməz. Müstəqil şəkildə yaranan situasiyalarda sakit davranın, təmkinli olun, hadisələri diqqətlə müşahidə edin.
Yaxın ətrafınızdakı insanlardan birinin ehtiyatsızlığı və ya səbirsizliyi problemlər yarada bilər.
Əməllərlə şərtlərin tam aşkarlanmasını gözləyin. Yalnız bundan sonra nəticə çıxarın, sözünüzü deyin və qərar qəbul edin.
Axşam saatları daxili yön dəyişdirmə, prinspial olaraq yeni mövqeyə keçmək, yeni mövqe seçmək üçün əlverişlidir.
Tərəzi - gərginlik mənbəyinə çevrilən, ətrafında qapalı mübarizə aparılan məsələni aydınlaşdıranda sayıq olun. Ehtiyatlı davranın.
Mühüm məsələni sakitliklə həll etmək olar. Emosiyalarınıza hakim olun. Şəxsi münasibətlərdə təhlükəsizliyi təmin edin, sərt tənqidə varmayın. Tərəfdaş, şərik və ya dostunuzu tələsdirməyin.
Aldığınız xəbər və ya informasiya emosiyalarınızı tarıma çəkə bilər. Sonucda planların dəyişməsi, qəfil reaksiya, hesaba almadığınız şərtlərin təzyiqi ola bilər.
Durumun çətinləşməsindən narahat olmayın. Belcə mühüm situasiyanı aydınlaşdırmaq, bundan sonrakı yolu korrektə etmək imkanları yaranır.
Yolda və səfərdə ehtiyatlı olun.
Axşam saatları yazışma, ünsiyyət üçün əlverişlidir.
Əqrəb - hər hansı mövzunu inkişaf etdirməyə başlasanız, dayanmayın. Günün ilk yarısında ümumi maraqlarınız olan insanla bir arada olmağa çalışın.
Günlə bağlı konkret məqsədləriniz olsun. Hadisələri öz axarında qoymayın, ehtiyac yarananda müdaxilə edin.
Münaqişə, emosional diskussiyalar istisna deyil.
Bütün bunlarla bahəm, ümumi layihə və işlərin inkişafında pozitiv irəliləyiş olacaq.
Günün neqativi isə umu-küsü, iddialar olacaq.
Konkret mövzu ilə bağlı mövqelərinizdə ciddi dəyişikliklərə səbəb ola biləcək söhbət olacaq.
Səhhətiniz üçün faydalı nə isə etməyə imkan tapın.
Axşam saatlarında dincəlin.
Oxatan - praktik olun, yaradıcılıq ideyalarınızı inkişaf etdirin. Detallara və təfərrüatlara yetərincə diqqət ayırın, mühüm məqamların heç birini nəzərdən qaçırmayın.
İşdə yeni ideyanı reallaşdırmaq üçün uğurlu gündür.
Səhhətinizə fikir verin, fiziki təmrinlərlə məşğul olun. Sizə dəyərli olan insanlarla münasibəti qoruyun. Münaqişə yaranarsa, tezliklə barışmağa çalışın.
Günün ikinci yarısında ciddi məsələnin gündəmə gəlməsi istisna deyil.
Axşam saatlarında sakit şəraitdə dincəlin.
Oğlaq - böyük planlar qurmayın, sürətlə çalışın, aktiv olun. Planlarınızın həyata keçməsinə kimsə və ya nə isə mane ola bilər. İşlərdə və münasibətlərdə qəfil dəyişikliklər istisna deyil. Baş verənləri mürəkkəbləşdirməyin.
Çevik olun. Yaşananlarda göstərilən reaksiyanın sürəti, qərarların qəbul edilmə intensivliyi önəmli rol oynayır. Yeni ideyaların arasında maraq doğuranı ola bilər.
Günün ikinci yarısında evi nəzarətsiz qoymayın. Məişət avadanlıqlarından birinin işində nasazlıq yarana bilər.
Təmir və təmizlik işləri aktualdır. Nasaz əşyalardan qurtulun.
Axşam saatlarında gərginlikdən idman və ya gəzinti ilə qurtulmaq olar. İstənilən növdə nəqliyyatdan istifadə etməməyə çalışın.
Dolça - cari işlərlə məşğul olarkə yaranan problemləri rasionalcasına həll edin. Detalları nəzərdən keçirin, alınan informasiyaları araşdırın, təfərrüatlara varın. Bütün bunlardan yeni məqsədlər üçün istifadə etmək olar.
Gərəksiz, ehtiyac duymadığınız hisslər və əşyalardan qurtulun, şəxsi arealınız və iş yerinizdə nizam yaradın.
Səhhətinizin qeydinə qalın, profilaktiki tədbirlərlə məşğul olun.
Gün ərzində emosional gərginlik olduğundan axşam saatlarında dincəlin, istirahət edin.
Balıqlar - qəfil görüş, münasibətlərdə dönüş mümkündür. Yeni intriqa və qarışıqlıq, habelə ifrat emosiyalar qarşılıqlı anlaşmaya mane ola bilər.
Həddən ziyadə eqoizm və fərdiyyətçiliyə qapılsanız, məqsədlərinizə çatmaqda çətinlik çəkəcəksiniz.
Bununla yanaşı, adi mənbə və kanallardan yan keçərək suallarıınza cavablar ala bilərsiniz.
İdealizm, fantaziyalar aləminə "səyahət" güclənəcək.
Cari, rutin, yeknəsək işlə məşğul olun. Yaşam arealında qayda yaradın, sistemləşdirməyə başlayın.
Axşam saatlarında rahatlanın, sakitləşin, istirahət edin.
Heç bir yerə tələsməyin.
Facebook-da paylaş