Naxçıvanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 4 illik auditor seçir
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumlarının 2020-2023-cü illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunluğunun auditi üçün açıq tender elan edib. Şəffaflıq.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır. İddiaçılar təkliflərini mayın 7-nə qədər Nazirliyin yerləşdiyi Naxçıvan şəhəri, Atatürk küçəsi, 1 ünvanına təqdim edə bilərlər. Təkliflərə mayın 7-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Xəbəri paylaş
Facebook-da paylaş