Bakıda 18 yaşlı gənc qızı avtomobil vurub
Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, rayon ərazisində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Eminova Güldəstə Ruslan qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub. Hadisənin təfərrüatı polis əməkdaşları tərəfindən araşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş