Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH


İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi tarixə qızıl hərflərlə yazılmış misilsiz hadisə idi. Bu gün Cənubi Qafqazda cərəyan edən çox mühüm proseslərin, həmçinin rəsmi Bakının beynəlxalq aləmdə öz sözünü artıq qətiyyət və əminliklə deməsinin kökündə məhz həmin 44 günlük döyüşlər və onun tarixi nəticəsi dayanır.

Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycan uğurlu hərbi-diplomatik addımlarını eyni tempdə davam etdirdi. Həmin addımlardan biri də düz bir il əvvəl - 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması oldu.

Bu, kifayət qədər mühüm və taleyüklü hadisə idi. Çünki 44 günlük müharibədən sonra Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın tələblərinə zidd olaraq, Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını davam etdirirdi. Məhz bunun qarşısının alınması məqsədilə ərazidə sərhəd-buraxılış məntəqəsinin qurulması qaçılmaz zərurətə çevrilmişdi. Proseslərin sonrakı inkişafı da göstərdi ki, bu, kifayət qədər effektiv addım oldu. Hər halda, qeyd olunan sərhəd-buraxılış məntəqəsinin istifadəyə verilməsi sayəsində İrəvanın təxribat imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırıldı.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}