Pakistanda şaxtada partlayış baş verib
Pakistanın Xayber Paxtunxva əyalətinin Kurram rayonunda kömür şaxtasında baş vermiş partlayış nəticəsində azı 4 şaxtaçı yaralanıb, 2 nəfər itkin düşüb. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Express Tribune” qəzeti məlumat yayıb. Bildirilib ki, hadisə aprelin 28-də rayonun mərkəzi hissəsində baş verib. Partlayış nəticəsində 6 şaxtaçı dağıntılar altında qalıb. Hadisənin səbəbi hələ müəyyən edilməyib. Hadisə yerində xilasetmə əməliyyatı davam edir. Dörd şaxtaçı xilas edilərək yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Xəbəri paylaş
Facebook-da paylaş