Maliyyə yardımı ayrılan qəzetlər açıqlandı – SİYAHI

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Şəffaflıq.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.

Gündəliyə aşağıdakı məsələlər daxil edilib:

1. Fondun 2019-cu il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş hesabatının müzakirəsi və təsdiqi;

2. 2020-ci ilin I yarısı üzrə qəzetlərə maliyyə yardımının ayrılması ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə sənədlərinin müzakirəsi və təsdiqi;

3. Fondun 2020-cı il üçün Tədbirlər Planının müzakirəsi və təsdiqi;

4. Fondun 2020-cı il üçün ekspertlər siyahısının müzakirəsi və təsdiqi.

Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İclasda hesabat məruzəsi ilə çıxış edən icraçı direktor 2019-cu ildə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı layihələr barədə məlumat verib.

Hesabat ətrafında aparılan müzakirələr zamanı Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən Cəmaləddin Quliyev, Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov, Rasim Həsənov, Ramiz Əskər və Ayaz Mirzəyev çıxış edərək Fondun fəaliyyətini qənaətbəxş dəyərləndiriblər və hesabat yekdilliklə qəbul edilib.

İclasda ikinci məsələ kimi 2020-ci ilin I yarısı üçün qəzetlərə maliyyə yardımı müsabiqəsinə təqdim edilmiş layihə sənədləri müzakirə edilib. Vüqar Səfərli bildirib ki, sənədləri qaydasında olan ictimai-siyasi qəzetlərin 2019-cu ilin II yarısında olduğu kimi, yayım və tirajlarına görə 3 kateqoriya üzrə (gündəlik, günaşırı və həftəlik) maliyyələşdirilməsi təklif edilir.

Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzetlərin təklif olunan 3 kateqoriya üzrə maliyyələşdirilməsi məqsədəuyğun sayılıb (Siyahı aşağıdakı cədvəldə təqdim olunur).

Müşahidə Şurasının iclasında üçüncü məsələ kimi Fondun 2020-ci il üzrə Tədbirlər Planı da müzakirə olunub. Cari ilin respublikamızda “Könüllülər ili” elan olunduğunu, eyni zamanda Milli Mətbuatının yaranmasının 145-ci ildönümünün qeyd ediləcəyini diqqətə çatdıran Vüqar Səfərli Tədbirlər Planında bunların nəzərə alındığını vurğulayıb. Tədbirlər Planı Müşahidə Şurasının üzvləri tərəfindən müsbət dəyərləndirilərək qəbul edilib.

İclasda, həmçinin Fondun 2020-ci il üzrə layihələrin qiymətləndirilməsini həyata keçirəcək ekspertlərinin siyahısı müzakirə olunaraq təsdiq edilib.

2020-ci ilin I yarısı üzrə maliyyə yardımı ayrılmış ictimai-siyasi qəzetlərin siyahısı

I kateqoriya – son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər

Qəzetin adıAyrılmış aylıq vəsait
(manatla)
  1.  
"Yeni Azərbaycan” qəzeti20000
  1.  
"Bakı-Xəbər” qəzeti20000
  1.  
"Yeni Müsavat” qəzeti20000
  1.  
"Səs” qəzeti20000
  1.  
"Mövqe” qəzeti20000
 
II kateqoriya - son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər

Qəzetin adıAyrılmış aylıq vəsait
(manatla)
1."Həftə içi” qəzeti10000
2."Novoye Vremya” qəzeti10000
3."Azernews” qəzeti10000
4."525-ci qəzet”10000
5."Xalq Cəbhəsi” qəzeti10000
6."Paralel” qəzeti10000
7."Hürriyyət"10000
8."Olaylar” qəzeti10000
9."Palitra” qəzeti10000
10."Ədalət” qəzeti10000
11."Üç nöqtə” qəzeti10000
12."Azad Azərbaycan” qəzeti10000
13."Şərq” qəzeti10000
 
III kateqoriya - son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlər.

Qəzetin adıAyrılmış aylıq vəsait
(manatla)
  1.  
"Oxu məni” qəzeti5000
  1.  
"Unikal" qəzeti5000
  1.  
“Hərbi And” qəzeti5000
  1.  
"Türküstan" qəzeti5000
  1.  
"The Business Times” qəzeti5000

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}