Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb


Ekvadorun Pastasa əyalətində helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Ekvadorun Silahlı Qüvvələri “X”də xəbər yayıb.

"Ekvador Ordusu ictimaiyyətə təəssüflə xilasetmə əməliyyatlarından sonra MI 171 E helikopterinin ekipajının və sərnişinlərinin meyitlərinin aşkar edildiyini bildirir", - açıqlama vurğulanır.

Qeyd olunur ki, helikopter daşqınlardan zərər çəkmiş əhaliyə humanitar yardım çatdırırmış.

Hərbçilər qəzanın səbəblərini araşdırmaq üçün komissiya yaradıblar.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}